Kişilər qadınlarda ən çox nəyə fikir verirlər?
  • Kişilər üçün yeni tanışlıq zamanı ən xırda detal belə mənasız olmur. Xüsusilə də gözəl bir qadınla tanış olan bir kişi üçün...

Bəs kişiləri ən çox nə maraqlandırır?

Bu məqsədlə aparılan sorğu zamanı 100 kişiyə "Qadında ilk diqqət çəkən nədir" sualı verilib. Onlardan 19 faizi onları "qadınların dodaqları", 81 faizi isə "gözləri"nin cəlb etdiyini deyib.

Sorğu anketini araşdıran tədqiqatçılar maraqlı bir faktla qarşılaşıblar. Balqabaq deserti və lavanda qoxusu kişiləri "dəli" edir! Sən demə, balqabaq şirin və səmimi duyğuları oyadarkən, lavanda əsl rahatlıq hissi yaradır.

Bəs, görəsən, kişilər saçlarda ən çox nəyə diqqət edirlər? "Bir qadın saçlarını hər gün eyni tərzdə yığarsa, bu sizi narahat edərmi" sualını sorğuda iştirak edənlərin 71 faizi "xeyr" deyə cavablandırıb. Belə çıxır ki, saç üslubunu çox nadir hallarda dəyişən qadınlar doğru hərəkət edir.

Ayaqlar, çiyinlər, çox açıq sinə dekoltesinin hər bir kişinin diqqətini daha çox cəlb etdiyi hamıya məlumdur. Amma sən demə, kişilərin gizlicə baxdıqları yer körpücük sümüyüdür! Sorğuda iştirak edənlərin böyük əksəriyyəti qadınların köprücük sümüyünün "şairanə" olduğunu bildirib.

Bəs kişilər naxışlı manikür haqqında nə düşünürlər? "Sizcə naxışlı və rəngli manikür gözəl görünürmü?" - rəyi soruşulanların 45 faizi bu cür manikürü əyləncəli və seksual hesab edib. 55 faizi isə sadə manükürün tərəfdarıdır.

Vüsalə Telmanqızı (FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.