"Qeyrət" bərbəri axtarışa verildi (VİDEO)
  • Bir müddət əvvəl Bakıda sevdiyi qızı döyərək saçlarını kəsən və bu hadisəni video lentə alaraq sosial şəbəkələrdə paylaşan Naxçıvan sakini axtarışa verilib.

Bu barədə Binəqədi Rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, hadisənin əsas iştirakçısı Cahangir Dövlətov həmin video yayılan zaman saxlanılsa da, sonradan sərbəst buraxılmışdı. Lakin C. Dövlətov istintaqa vaxtında gəlib-getmədiyi üçün onun barəsində məhkəmənin qərarı ilə axtarış elan olunub.

Qeyd edək ki, bir müddət əvvəl C. Dövlətov sevdiyi qızın (K.M) mobil telefonuna zəng edib. Qız isə onun telefon zənginə gec cavab verib. Bundan əsəbiləşən Cahangir Bakıya gələrək, qıza yenidən zəng edib və görüşə çağırıb. C. Dövlətov xalası oğlu Xalid Əkbərovla birlikdə tanışı Ayxan Zəngiyevin maşını ilə qızı görüş təyin etdiyi yerdən götürərək, Novxanıya dəniz kənarına gətirib. Burda K.M-nı döyərək, ona işgəncələr verib. Bununla da hirsi soyumayan C. Dövlətov qızın başını qırxıb. Bundan sonra onlar qızı dənizdə batırmaq istəyiblər.

Fakt üzrə Cinayət Məcəlləsinin 133 (işgəncə vermə) və 134 (ölümlə hədələmə) maddələri ilə iş başlanıb.

Aynur Cəfərova (FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.