Siyavuş Novruzov: “Milyarderlər İttifaqı”na münasibət bildirib
  • Moskvada bir qrup nüfuzlu azərbaycanlı oliqarxın birləşdiyi Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) ilə bağlı yaranmış siyasi qalmaqal səngimir.

İttifaqı quranlar əvvəlcə Bakıdan onlara verilən neqativ reaksiyalara yumşaq üslubda cavab verməyə, bu qurumun Azərbaycan hakimiyyətinə qarşı olmadığını inandırmağa çalışıblar. Hətta bəzi mətbu orqanlarda bildirilir ki, “Milyarderlər İttifaqı”nın yaradılmasından hakimiyyət daxili qüvvələr öz xeyirlərinə istifadə etməyə çalışacaqlar.

Qeyd edək ki, mövcud qurum Rusiyanın göstərişi əsasında yaradılıb. Rusiya bu qurumdan 2013-cü il prezident seçkilərində öz xeyirlərinə istifadə edəcəklər. Bu da Azərbaycanın gələcəyini təhlükə altına atan üçüncü “müxalifət”in siyasi arenaya girməsi deməkdir.

Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, millət vəkili Siyavuş Novruzov deyib ki, onlar özləri üçün nəsə qurum yaradıblar: “Bunların hələ məqsəd və qarşıya qoyduqları vəzifələri bəlli deyil. Onlar öz məqsədlərini elan edərlər, biz də buna uyğun münasibət bildirərik”.

S.Novruzov qeyd edib ki, Azərbaycan hakimiyyətinin daxilində heç bir qruplaşmadan söhbət gedə bilməz: “Hakimiyyət vahiddir. Bunu bəziləri arzu edir, belə arzu edənlərin də arzusu gözlərində qalacaq. Onlar 2013-cü il prezident seçkilərində bir yerdə iştirak etsələr belə, heç bir alternativ ola bilməz, 1% səs də toplaya bilməyəcəklər”.

Onuda qeyd edək ki, bu qurumun yaranmasından sonda rusiyada yaşayan erməni mənşəli rus siyasətçiləri istifadə edəcək və yenədə zərbə Azərbaycana dəyəcək!

Aynur Cəfərova (FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.