Saakaşvilinin daxili işlər naziri həbs edildi
  • Sabiq nazir Baş Prokurorluğun binasında bir neçə saat ifadə verib, sonra naməlum istiqamətdə aparılıb

Gürcüstanın keçmiş daxili işlər və müdafiə naziri Baço Axalaya Baş Prokurlrluqda dindirildikdən sonra həbs edilib.Bunu “Maestro” telekanalına vəkil David Dekanoidze deyib.“Baço Axalayaya səlahiyyət həddini aşmaqla bağlı ittiham elan edilib”, - vəkil bildirib. Onun sözlərinə görə, hazırda keçmiş nazir Baş Prokrorluğun binasında deyil. O, bir neçə saat dindirilib, sonradan hara aparıldığı barədə müdafiə tərəfinə məlumat verilməyib.Baço Axalayaya qarşı irəli sürülən ittihamlara Müdafiə Nazirliyinin keçmiş işçilərinin şikayəti səbəb olub.Gürcüstan prezidenti Mixail Saakaşvilinin silahdaşı Baço Axalaya Gürcüstan DİN-ə bu ilin yayından rəhbəlik etməyə başlayıb. O, “həbsxana qalmaqalı” üzündən parlament seçkilərinə bir neçə gün qalmış istefa verib. O, həmin vaxt bəyan etmişdi ki, baş verənlərə görə özünü mənəvi cəhətdən günahkar hesab edir. İstefasından sonra Baço Axalaya Gürcüstanı tərk edib. Lakin ötən həftə yenidə Tiflisə qayıdıb və bütün suallara cavab verməyə hazır olduğunu bildirib.

Jalə Suleymanqızı (FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.