Putini inqilabla hədələdilər
  • Baş nazirin seçki proqramı etirazla qarşılandı. Rusiyanın baş naziri, prezidentliyə namizəd Vladimir Putini seçki proqramını açıqlayıb.

 

“2012-2018 proqramı” adlı proqram 6 hissədən ibarətdir. Proqramda Rusiya 2012-2018-ci illərdə Rusiya hakimiyyətinin sosial-iqtisadi sferada görəcəyi işlər də sadalanır. Əsas diqqətin regionların inkişafına, pensiya və maaşların artırılmasına, təhsil və təbabət məsələlərinə yönəldiləcəyi vurğulanır. Putin iqtisadiyyatın modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi istiqamətində də vədlər verir.

Həmçinin Putinin president seçkiləriylə bağlı internet saytı da təqdim olunub. Təqdimatı keçirən baş nazirin mətbuat katibi Dmitriy Peskov bildirib ki, istifadəçilər yanvarın 13-dən etibarən “www.putin2012.rf” adlı saytda giriş əldə edəcəklər. Saytda Putinin 2012-ci il prezident seçkiləriylə bağlı proqramı, fotoşəkilləri, prezident və baş nazir postlarındakı fəaliyyətindən bəhs edən roliklər yerləşdirilib.

Baş nazirin seçki proramının açıqlanması və saytının istifadəyə verilməsi Rusiya cəmiyyətində ciddi etiraza səbəb olub. Müxtəlif təbəqələrdən olan vətəndaşlar və bloggerlər Putini inqilabla hədləyiblər. Tanınmış jurnalist Svetlana Sorokinanın imzasıyla baş nazirə ünvanlanan açıq məktubda belə yazılıb:“Vladimir Valdimiroviç, sizin siyasətdən getmək vaxtınız çatıb. Sizə bütün postlardan istefa verməyi və 2012-ci il seçkilərində namizədliyinizi geri götürməyi məsləhət görürəm”.

Vətəndaş cəmiyyətinin fəalları tanınmış jurnalisti dəstəklədiklərini bəyan ediblər. İctimai fəal Mixail Meşkov Svetlana Sorokinanın fikirlərinə dəstək verərək Putinin ünvanına sərt ittihamlar səsləndirib:“Cənab Putin, siz siyasətdən təqaüdə çıxmalısınız. Biz sizdən əl çəkmək fikrində deyilik. 12 ildir sizə səbr etməkdən bezmişik. Siz yenə prezident potstunu tutsanız bir çox insan ölkəni tərk edəcək. Biz bunu istəmirik. Sizin getməyinizi istəyirik. Biz sabit və azad ölkədə yaşamağa davam edəcəyik. Hələ ki, gec deyil istefa verin. Bizi inqilaba vadar etməyin”.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.