Ziyafət Əsgərov: “Azərbaycan hakimiyyəti daxilində ikitirəlik yoxdur”
  • «2013-cü il prezident seçkiləri ilə bağlı hakimiyyət daxilində təlatümlər yaşanması ilə bağlı müxalif mətbuatda yazılanlar onların fikirləri deyil, yuxusudur.

Müxalifət yuxunu görür, sonra isə onu mətbuatda yozmağa başlayır». APA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda Azərbaycan hakimiyyəti çox möhkəm və mobildir: «Ola bilsin ki, müxalifətin daxilində ikitirəliklər var. Amma Azərbaycan hakimiyyətinin daxilində belə şeylər ola bilməz. Biz seçkilərə çox yüksək əhval-ruhiyyə ilə gedəcəyik».

Samirə Salahova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.