Azərbaycanın aldığı 44 milyon avroluq gəmilər bulvara yan alıb (FOTO)
  • Bu gün Azərbaycanın sifarişi ilə Xorvatiyada hazırlanmış gəmi-bərələrin Bakıda açılış mərasimi keçiriləcək.

“Bərdə” və “Balakən” adı verilmiş gəmi-bərələr Bakı bulvarına, daha dəqiq desək, Yaxt Klubun körpüsünə yan alıb. Bu gün keçiriləcək mərasimlə hər iki gəmi istismara veriləcək.

Bu gəmilər 54 vaqon tutumludur. Gəmi ilə müxtəlif təyinatlı (yük, minik, sərnişindaşıma və s.) avtomobillərin də daşınması mümkündür. Gəmilərin hər biri Azərbaycana 22 milyon avroya başa gəlib.

Xəzər Dəniz Dövlət Gəmiçiliyi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vüqar Sadıqov Lent.az-a bildirib ki, Xorvatiyanın Pula tərsanəsində hazırlanmış gəmi-bərələr yüksək texnoloji səviyyəyə malikdir: “Bu gəmi bərələrin də istifadəyə verilməsi ilə Azərbaycanın sahib olduğu bu tip nəqliyyat vasitələrinin sayı 13-ə çatacaq. Bu gəmi bərələr, əsasən Bakı-Aktau və Bakı-Türkmənbaşı istiqamətində hərəkət edəcək. Gəmilər son texnologiya ilə təmin olunub, tam kompüterləşdirilib”.

Qeyd edək ki, gəmilər Azərbaycana ümumilikdə 44 milyon avroya başa gəlib.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.