Fransa Suriya müxalifətini tanıdı
  • Suriya müxalifətinin formalaşdırdığı koalisiya suriyalıların yeganə legitim nümayəndələridir.

Bu barədə Yelisey sarayında keçirdiyi mətbuat konfransında Fransa prezidenti Fransua Olland deyib: «Fransa Suriya müxalifəti və inqilabi qüvvələrinin yaratdığı koalisiyanı xalqın legitim təmsilçisi və Suriyanın gələcək keçid hökuməti kimi tanıyır». Beləliklə Fransa Avropada Suriyanın Milli Koalisiyasını tanyıan ilk dövlət oldu. Xatırladaq ki, hələ sentyabrda Fransa prezidenti BMT-nin toplantısında Suriya müxalifətini tezliklə biraraya gəlməyə çağırmışdı və hələ o zaman bəyan olunmuşdu ki, rəsmi Paris bu koalisiyanı tanıyacaq. Bir neçə gün öncə isə Suriyanın müxalifətini eyni statusla Ərəb Liqası tanımışdı.

Sabina Əsədova

(azadlıq.info)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.