Elman Abdullayev: Erməni rejimi insanlara qarşı ağır cinayətləri davam etdirir
  • Azərbaycanda həmişə bir çox millətlərin nümayəndələri dinc şəraitdə yaşayıblar və indiyədək Azərbaycan ərazisində təqribən 35 min erməni yaşayır, halbuki Ermənistanda nəinki bir azərbaycanlı qalmayıb, hətta digər xalqların nümayəndələrinin sayı olduqca azdır.

FOXnews.az-ın Trend-ə istinadən veridyi məlumata görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Ermənistan Prezidenti Serj Sarkisyanın Azərbaycanın ünvanına söylədiyi mənfi fikirləri şərh edərkən bildirib.

"Serj Sarkisyan ağır cinayət və ksenofobiyanın nə olduğuna yaxşı bələddir. Ermənistanın Dağlıq Qarabağ ərazisində dinc Azərbaycan əhalisinə qarşı apardığı qanlı etnik təmizləmələri və erməni qüvvələrin Xocalıda törətdiyi ağır cinayəti xatırlamaq kifayətdir", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, Sarkisyan rejimi hazırda artıq ölkədə dözülməz həyat şəraitinə etiraz edən xalqına qarşı cinayət törətməyə davam edir, nəticədə Ermənistanı minlərlə insan tərk edir.

"Görünür, məhz bu, Ermənistanda qəhrəmanlıq və azadlıqsevərlik adlanır. Lakin vəziyyətin faciəsini diaspor və bir sıra ölkələrin köməyi ilə azaltmağa çalışmaq erməni xalqının problemini həll etmək anlamına gəlmir", - Abdullayev bildirib.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.