Müğənni Bilal Əliyev Rəsul Quliyevlə dost oldu
  • Hər zaman çıxışlarında Yeni Azərbaycan Partiyasını dəstəklədiyini bildirən Bilal Əliyev facebookda eks-spiker Rəsul Quliyevlə dost olub.

Azərbaycanın tanınmış müğənnisi, xalq artisti, hər zaman çıxışlarında Yeni Azərbaycan Partiyasını dəstəklədiyini bildirən Bilal Əliyev facebook sosial şəbəkəsində eks-spiker Rəsul Quliyevlə dost olub. İfa etdiyi mahnılarında hakimiyyəti sevə-sevə tərənnüm edən müğənninin hazırda mühacirətdə yaşayan Rəsul Quliyevlə sosial şəbəkədə dost olması maraq doğurur. Xalq artistinin facebook-dakı profilindən Müsavat Ali Məclisinin sədri Arif Hacılı, AXCP Ali Məclisin sədri Həsən Kərimov, KXCP funksioneri Xəzər Teyyublu və bir sıra tanınmış müxalifət nümayəndələri ilə də dostluq etdiyi məlum olub.

Aynur Cəfərova (FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.