15 yaşlı qız ülgüclə özünə qəsd etdi
  • Ötən gün Bakının Yasamal rayonunda intihara cəhd edən türkiyəli qız xəstəxanadan evə buraxılıb.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, Kaplan Mineyə axşam tibbi yardım göstərildikdən sonra, həyatı üçün heç bir təhlükə olmadığına görə evə buraxılıb.

Ötən gün saat 21:00 radələrində Bakının Yasamal rayonu ərazisində 15 yaşlı türkiyəli qız özünü öldürmək istəyib. Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, hadisə A.Şaiq küçəsi 214 ünvanında baş verib.

Belə ki, 1997-ci il təvəllüdlü Kaplan Mine İbrahim qızı ülgüclə sol qolunda damarlarını doğrayıb. Qız ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun özünü öldürməyə cəhd etməsinin səbəbləri bilinmir.

Qeyd edək ki, Kaplan Minenin Bakı Türk Anadolu Litseyinin tələbəsidir. Faktla bağlı araşdırma aparılır.

Aynur Cəfərova (FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.