Bakı Metropoliteni yaxın illərdə 5 yeni stansiyanı istismara verəcək
  • Bakı Metropoliteni 2016-cı ilə qədər 5 yeni stansiyanı istismara verməyi planlaşdırır.

Məlumatda qeyd olunur ki, şərti adları "Həzi Aslanov-2", "Köhnə Günəşli" və "Yeni Günəşli" olan stansiyalar 2016-cı ilə qədər fəaliyyətə başlamalıdır. Həmçinin, "Avtovağzal" və şərti adı "Memar Əcəmi-2" olan stansiyalar 2014-cü ilin birinci yarısına qədər istismara verilməlidir.

Bakı Metropoliteni ümumi uzunluğu 34,6 km olan 2 xətt və 23 stansiyadan ibarətdir, 2030-cu ilə kimi xətlərin və stansiyaların sayı 5 dəfə artacaq və xətlərin ümumi uzunluğu 119 km olmaqla 76 stansiyadan ibarət sistemə çevriləcək.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.