ŞOK! Dağüstü parkda polisi vurdular
  • Noyabrın 19-da Bakı şəhərinin Səbail rayonu ərazisində polislə vətəndaş arasında insident baş verib.

Saat 20:15 radələrində, Teymur Elçin küçəsi 3 ünvanının (“Gülüstan” sarayının yaxınlığı) qarşısında “Kia Rio” markalı avtomobil Səbail rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Babayev Aqşin Murad oğlunu vurub. Ağır bədən xəsarəti almış polis nəfəri Daxili İşlər Nazirliyinin Arif Heydərov adına hospitalına yerləşdirilib.

Məlumata görə, hadisə A.Babayev xidmət apararkən baş verib. Ərazidə-Dağüstü parkda asayişi qoruyan polis əməkdaşı burada qızla sevişən bir gəncə xəbərdarlıq edib və ictimai nizam-intizama dəvət edib. Lakin həmin şəxs polislə mübahisəyə başlayıb. Daha sonra isə “Kia Rio” markalı avtomobilinə minərək polisi vurub. Həmin şəxs dərhal ərazidən uzaqlaşıb.

Hazırda A.Babayevi vurub qaçan şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

Jalə Suleymanqızı

(lent.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.