Məşhur aktrisa Gemma qan içində
  • “Ceyms Bond” filmlər seriyasının “Quantum of Solace” adlı seriyasındakı roluyla bütün dünyada məşhurlaşan Gemma Arterton üz-gözü qanlar içində kameralara yaxalanıb.

FOXnews.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, üzü tanınmaz hala gələn Gemma Artertanı görənlər şoka düşüb. Ancaq mənzərə göründüyü kimi olmayıb…

Belə ki, məşhur aktrisa bu aralar yeni filmi “Bizans”-ın (“Byzantium”) çəkilişləriylə məşğuldur. İrlandiyanın Dublin şəhərində çəkilişləri davam edən filmdəki fasilə zamanı Cemmanın binanın balkonuna çıxması bu maraqlı mənzərənin ortaya çıxmasına səbəb olub.

Neil Cordanın rejissorlu etdiyi filmdə Arterton Klara obrazını canlandırır.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.