ABŞ səfiri Riçard Morninqstar müxalifət liderləri ilə görüşüb
  • Azərbaycan müxalifətini təmsil edən siyasətçilər bu gün günün ikinci yarısında Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Riçard Morninqstarla görüşüblər.

FOXnews.az-ın əldə etdiyi xəbərə görə, görüş ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub və söhbətdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Aöazadə və başqaları iştirak ediblər.

Görüşdə Azərbaycanda və regionda gedən proseslər və ictimai siyasi durumun müzakirə olunduğu bildirilir.

Qeyd edək ki, bu, Morninqstarın ABŞ səfiri təyin olunduğundan bəri müxalifətlə keçirdiyi üçüncü görüşdür.

Aynur Cəfərova

Geri dön
  • Xahiş edirik, rəy bildirmənizi unutmayın! Sizin rəylərin, fikirlərinizin bizim üçün böyük əhəmiyyəti var!
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.