Taksi sürücüləri aksiya keçirdi (FOTO)
  • Bu gün Bakıda taksi fəaliyyəti ilə məşğul olan bir qrup sürücü Nəqliyyat Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Polis icazəsiz keçirilən aksiyaya müdaxilə edib və sürücüləri ərazidən uzaqlaşdırıb

Aksiya iştirakçıları Nəqliyyat Nazirliyinin bəzi avtomobillərin taksi kimi fəaliyyətinə qadağa qoymasına etiraz ediblər.

Polis icazəsiz keçirilən aksiyaya müdaxilə edib və sürücüləri ərazidən uzaqlaşdırıb. Aksiya iştirakçılarından bir neçə nəfər Nəqliyyat Nazirliyinin rəsmiləri ilə görüşmək üçün nazirliyin binasına dəvət edilib.

Görüşdən sonra jurnalistlərə açıqlama verən sürücülər bildiriblər ki, onlar siyasi tələblərlə çıxış etmədiklərini nazirliyin diqqətinə çatdırıblar: “Əsas tələbimiz odur ki, dolanışığımızı təmin etmək üçün işləməyimizə şərait yaratsınlar. Bunun üçün müəyyənləşdirilən vergiləri ödəməyə hazır olduğumuzu da onların diqqətinə çatdırdıq”.

Qeyd edək ki, yanvarın 13-dən Nəqliyyat Nazirliyi ilə Daxili İşlər Nazirliyi reydlərə başlayıb. Onlar lisenziyasız işləyən, həmçinin sovet istehsalı olan avtomobillərin taksi kimi xidmətlərinə qadağa qoyur. Taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlərin avtomobilləri buraxılış ili 2007-ci ildən sonrakı dövrə aid olmalıdır.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.