İran səfiri : "Dağlıq Qarabağ Azərbaycan ərazisidir" (VİDEO)
  • İran Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab edir. Bunu ilk dəfə eksklüziv olaraq ANS-ə açıqlama verən bu ölkənin Azərbaycandakı yeni səfiri Möhsün Pak Ayin deyib.

Səfir İran-Ermənistan münasibətlərinin Azərbaycanla İran arasındaki əlaqələrə təsirindən də danışıb: “Ermənistan təbii olaraq İranın qonşusudur və bizim münasibətlərimiz bu çərçivədədir. Heç vaxt İran-Ermənistan münasibətləri İran-Azərbaycan münasibətlərinə mənfi təsir edə bilməz. Fikir verin ki, Ermənistan ticarətinin yalnız 15%-ni İranın sərhəd əraziləri ilə aparır. Qalan 85%-ni digər ölkələrlə edir. Qarabağ münaqişəsi məsələsində də İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləyir. İran bu fikirdədir ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Bizim Azərbaycanla müdafiə sahəsində də əməkdaşlığımız var”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.