Nazirlik itən balıqçılarla bağlı məlumat yaydı
  • Noyabrın 24-də Xəzər dənizində itkin düşən 3 balıqçı hələ də tapılmayıb. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, balıq tutmaq məqsədi ilə qayıqla dənizə çıxmış və geri qayıtmamış 3 nəfər balıqçının axtarışları davam etdirilir.

Nazirlik itkin düşmüş şəxslərin tapılması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcəyini açıqlayıb.

Qeyd edək ki, 24 noyabr 2012-ci il tarixində axşam Xaçmaz rayonu, Müqtədir qəsəbəsi ərazisindən 4 nəfər - 1981-ci il təvəllüdlü Əkbərov Vüsal Fəxrəddin oğlu, 1991-ci il təvəllüdlü Əkbərov Əkbər Fəxrəddin oğlu, 1987-ci il təvəllüdlü İlyasov Seymur Arif oğlu və 1982-ci il təvəllüdlü Səlimov Rəsul Zakir oğlu mühərrikli qayıqla balıq tutmaq məqsədi ilə Xəzər dənizinə çıxmış və geri qayıtmayıblar. İtkin düşən balıqçılardan yalnız 1981-ci il təvəllüdlü Əkbərov Vüsal Fəxrəddin oğlunun cəsədi tapılıb.

Aynur Cəfərova (FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.