ŞOK! Saakaşvili həbs edilə bilər
  • Gürcüstanın Baş Prokurorluğu 2005-ci ildə müəmmalı şəkildə dünyasını dəyişən baş nazir Zurab Jivaniya barədə cinayət işini yeniləyib.

Jivaniyanın qardaşı Georgi prokurorluğa baş çəkdikdən sonra açıqlama verib. O bildirib ki, cinayət işi yenidən başladılıb və bu barədə əlavə məlumat vermək istəmir.

Prokurorluq tərəfindən isə hələlik heç bir rəsmi açıqlama yoxdur.Qeyd edək ki, Gürcüstanda hökumət dəyişikliyindən sonra yeni hakimiyyət səs-küylü cinayət işlərinin, o cümlədən Jurab Jivaniyanın istintaqının yenidən aparılacağını bəyan etmişdi. Cinayət işlərinin yenilənəcəyi ilə bağlı ilk açıqlamanı isə bu yaxınlarda baş prokuror vəzifəsini tutan Arçil Kbilaşvili vermişdi.

İlkin məlumatlara görə, sözügedən cinayət işləri ilə bağlı keçmiş daxili işlər naziri Vano Merabişvili və prezident Mixail Saakaşvili də dindiriləcək.

Xatırladaq ki, Zurab Jivaniya "Qızıl gül inqilabı"ndan sonra baş nazir postunu tutmuşdu və 2005-ci ilin əvvəlində müəmmalı şəkildə dünyasını dəyişmişdi. O, yaxınlarından birinin mənzilində ölü vəziyyətdə tapılmışdı. Onunla birgə Kvemo-Kartli qubernatoru Raul Yusupov da dünyasını dəyişmişdi. Mənzildə həmçinin ev sahibi də ölü vəziyyətdə imiş.

Rəsmi versiyalarda ölümlərə səbəb qaz sızması göstərilsə də, müxalifət cinayətin arxasında Saakaşvilinin durduğunu deyir.

Aynur Cəfərova (FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.