Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü təxirə salınıb
  • Noyabrın 28-də Ərzurum şəhərində keçirilməsi planlaşdırılan Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü təxirə salınıb.

FOXnews.az-ın APA-ya istinadən veridyi məlumata görə, buna səbəb Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun ABŞ-a səfər etməsidir. Ə.Davudoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Fələstinin BMT-yə etdiyi müraciətə əsasən noyabrın 29-da Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının yığıncağında iştirak edəcək. Bu baxımdan görüşün başqa bir vaxtda keçirilməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunub. Ancaq görüşün nə vaxt keçiriləcəyi barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, bu formatda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin ilk görüşü İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində, ikincisi isə Azərbaycanın Naxçıvan şəhərində keçirilib.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.