Bəşşar Əsəd və qardaşı Mahir Əsəd sağdır
  • Təhlükəsizlik İdarəsinin binası partladılan zamanı Bəşşar Əsəd və qardaşı həmin vaxt hadisə yerində olmayıb

Suriya dövlət başçısı Bəşşar Əsədin qardaşı Mahir Əsədin sağ olması barədə məlumat yayılıb. Bu barədə Suriya dövlət rəsmiləri informasiya verib. Verilən məlumata görə, iyul ayında Təhlükəsizlik İdarəsinin binası partladılan zamanı Bəşşar Əsəd və qardaşı həmin vaxt hadisə yerində olmayıb.

Qeyd edək ki, 18 iyul tarixində paytaxt Dəməşq şəhərində yerləşən Təhlükəsizlik İdarəsinin binasında baş verən partlayış zamanı ölkənin müdafiə naziri Davud Raciha, Bəşər Əsədin qayını, Kəşfiyyat İdarəsinin rəhbəri Asif Şövkət və digər dövlət rəsmiləri həlak olmuşdu. Suriya dövlətindən verilən açıqlamada bildirilir ki, terror aktı törədilən zamanı prezidentin qardaşı Mahir Əsəd binada olmayıb. Hazırda sağ olan Suriya prezidentinin qardaşı Dəməşqdəki evində yaşayır.

Aynur Cəfərova (FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.