DİN Rəqsanənin keçmiş prodüseri Təranə Səmədova ilə bağlı məlumat yaydı
  • Daxili İşlər Nazirliyi noyabrın 26-da Bakı şəhərinin Nəsimi rayonu ərazisində baş vermiş soyğunçuluq hadisəsi ilə bağlı məlumat yayıb.

Noyabrın 26-da saat 22.00 radələrində Nəsimi rayonu ərazisində, Bakı şəhər sakinləri Raziyə Nəsibova və onun qızı Lalə həmyerliləri Təranə Səmədovanı bıçaqla hədələyərək ondan 130 manat pul və qızıl üzüyünü alıblar. Sonradan onlar hadisə yerindən qaçıblar. İlkin əməliyyat-axtarış tədbirləri Nəsimi RPİ tərəfindən aparılır.

Qeyd edək ki, hadisədə adı hallanan Təranə Səmədova tanınmış müğənni Rəqsanə İsmayılovanın keçmiş prodüserdir. Müğənni ilə prodüser arasında münasibətlər gərgindir.

Aynur Cəfərova (FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.