Ərtoğrul Günaydan "Möhtəşəm yüz il" açıqlaması
  • "Möhtəşəm yüz il" serialı ilə bağlı diskussiyalara mədəniyyət və turizm naziri Ərtoğrul Günal da qoşulub.

Nazir baş nazir Rəcəb Tayyib Ərdoğanın serialla bağlı tənqidlərinin haqlı olduğunu söyləyib. Günay bildirib ki, ssenari və quruluşla bağlı diqqətli olmaq lazımdır: "Xəyal məhsulu olan bir roman səhnəyə uyğunlaşdırılmır. Və ya xəyal məhsulu olan başqa bir ölkədən danışmırıq. Bir dövrdən söhbət gedir. Bu, bizim tariximizin bir dövrüdür. Daha realit olunsa, daha ciddi araşdırmalar aparılsa, həm hadisələrin axışı, həm dövrün geyimi, davranışları ilə bağlı daha elmi, tarixi həqiqətlərə uyğun davranılsa, əsərin sənət dəyəri də, estetik dəyəri də yüksələr. Bu cür diskussiyalar da olmaz. Seriallar bizim dünyada tanıdılmağımızda böyük rol oynayır, zəhmətlərini inkar etmək istəmərəm. Amma bizim, hörmətli baş naziri səsləndirdiyi xəbərdarlıqlar çərçivəsində səy göstərilərsə, hamımız bunların ləzzətini daha çox ala bilərik".

Aynur Cəfərova (FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.