Sərdar Cəlaloğlundan İsa Qəmbərə ağır ittiham
  • Sərdar Cəlaloğlu: "Bundan sonra vahid namizəd ideyası yalnız dağıdıcı xarakteri daşıyacaq. Bunun da günahı İsa Qəmbərdədir”.

Vaxt əldən buraxıldığına görə, hətta İctimai Palatada olan AXCP və Müsavat Partiyası arasında bu ideya gərginlik yaradır. Bu onu göstərir ki, artıq vahid namizəd ideyasını bir kənara qoymaq lazımdır”.

FOXnews.az-ın APA-ya istinadən veridyi məlumata görə, bunu açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, vəziyyət o həddə çatıb ki, artıq hər bir təşkilat istədiyi kimi seçkilərə getməlidir: “Ən yanlış formatda belə seçkiyə getmək məcburiyyətindəyik. Çünki bu ideyanı vaxtında reallaşdıra bilmədik. Ümumiyyətlə isə birliyin hər hansı şəkildə inkar edilməsi, bütünlükdə cəmiyyətin fəlsəfəsinə ziddir. İnsanlar yalınız təbiətdə birlikdən kənarda yaşaya bilər. Amma cəmiyyətə daxil olmaq üçün mütləq cəmləşmək lazımdır. Bu baxımdan müxalifət bir anlayışdırsa, onda müxalifət adı daşıyan bütün qüvvələr bu anlayışa daxil olmalıdır. Ona görə də İsa Qəmbərin vahid namizədlə bağlı dediyi “bu ideya müxalifəti məhvə aparır” fikri, söylədiyim fəlsəfi anlayışa və məntiqə ziddir. Bunu inkar edirsə, gərək İsa Qəmbər yeni nəzəriyyə irəli sürsün”.

S. Cəlaloğlunun sözlərinə görə, siyasət zamanlama elmidir. Yəni zamanın həmin anında düz olan, başqa bir anında səhv ola bilər: “Siyasətçinin vəzifəsi həmin anın reseptini düzgün müəyyənləşdirməkdir. Bəli, iki il əvvəl, ötən seçkidən indiyə qədər biz müxalifətin bir araya gəlməsi üçün vahid namizəd, proqram və komanda ilə çıxış etməsini tələb edirdik. Bu mövzu iki ildir, Azərbaycanda müzakirə mövzusudur. Artıq seçki kampaniyasına 7-8 ay qalır və görürük ki, müxalifət bu ideyanın zamanını əldən buraxıb. İdeya öz zamanında icra olunmadıqda cəmiyyətdə dağıdıcılıq yarada biləcək. Yəni İsa Qəmbərin fikri bu mənada düz ola bilər. Ancaq İsa Qəmbər son bir ildə bu ideyaya qarşı müqavimət göstərdi və imkan vermədi ki, müxalifət bir araya gəlsin. Bəli, bundan sonra vahid namizəd ideyası yalnız dağıdıcı xarakteri daşıyacaq. Bunun da günahı İsa Qəmbərdədir”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.