Yasir Ərafatın nəşi yenidən dəfn edildi
  • Fələstin milli administrasiyasının ilk rəhbəri Yasir Ərafatın nəşi ekshumasiya edildikdən sonra yenidən dəfn edilib. Ekshumasiya prosesi son dərəcə məxfi aparılıb.

Yasir Ərafatın nəşinin qəbirdən çıxarılması yerli vaxtla saat 11:00-da gözlənilsə bu səhər saat 5-də qəflətən həyata keçirilib. Yasir Ərafatının nəşinin ekshumasiyasının nəticələrinin gələn ilin yazında hazır olacağı bildirilir.

Xatırladaq ki, Yasir Ərafatın paltarından götürülmüş nümunələrdə radiaktiv maddələrin artıq olması onun zəhərlənərək ölməsi versiyasını gündəmə gətirib. Fələstinin sabiq liderinin nəşinin ekshumasiyasında əsas məqsəd də bu şühbələrin nə dərəcədə doğru olub-olmamasını aydınlaşdırmaqdır.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.