Azərbaycan Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
  • İclasda son illər DİN sistemində ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmini işinin beynəlxalq təcrübəyə uyğun qurulması istiqamətində tədbirlərin davamlı olduğu qeyd olunub.

Bu gün Daxili İşlər Nazirliyində (DİN) «Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınması mümkün olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi», Polis sahə rəislərinin və sahə inspektorlarının fəaliyyətinin təşkili" və «Cinayət və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması" sahələrində görülən işlərin vəziyyətinə həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini bildirərək qeyd edib ki, insan hüquq və azadlıqlarının etibarlı təmini, respublikada əməliyyat şəraitinə və cinayətlərin açılmasına təsiri baxımından hər üç məsələ əhəmiyyətli olmaqla bu istiqamətlərdə fəaliyyət daim nəzarətdədir: “Cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının qorunmasında ölkənin qanunvericilik aktlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində tədbirlər şəkildə davam etdirilir. Bu mənada  təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışının vəziyyəti daim diqqət mərkəzində saxlanılır, bu sahədə görülən işlər Kollegiya iclaslarında və əməliyyat müşavirələrində müzakirə olunur, fəaliyyətin daha da yaxşılaşdırılması üçün yerlərə yazılı göstərişlər göndərilir, əməli köməklik göstərilir”.

İclasda son illər DİN sistemində ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmini işinin beynəlxalq təcrübəyə uyğun qurulması istiqamətində tədbirlərin davamlı olduğu qeyd olunub.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.