Təhsil naziri TQDK sədrinə növbəti dəfə cavab verib
  • Təhsil naziri Misir Mərdanov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin səsləndirdiyi fikirlərdən sonra yaranan məsələyə yenidən münasibət bildirib.

APA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında təhsil naziri bildirib ki,  2008-ci ildən “İlin ən yaxşı məktəbi” və “İlin ən yaxşı müəllimi” Azərbaycan prezidentin sərəncamı ilə seçilir.

“Hər il 100 müəllim ayda min manat, 50 məktəb isə ayda 10 min manatla mükafatlandırılır. Bu məsələ prezidentin sərəncamı ilə təyin olunur. 3 mərhələdən ibarət müsabiqə keçirilir və bunların hər birində özüm yaxından iştirak edirəm. Biz heç bir şikayətin şahidi olmamışıq. Mənə elə gəlir ki, seçim çox ədalətli aparılır. Onu da qeyd edim ki, bu seçimdə qalib olan məktəblərin hamısı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaxşı məktəbləri siyahısına daxildirlər”, - deyə M.Mərdanov əlavə edib.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.