Prezident təbrik məktubu ünvanladı
  • Azərbaycan prezidenti İlham Əliyev Albaniya Respublikasının prezidenti Buyar Nişaniyə təbrik məktubu ünvanlayıb.Təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Albaniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir”.

İlham Əliyev bu xoş gündə albaniyalı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost Albaniya xalqına sülh və rifah arzulayıb.

(AzərTAc).

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.