Elmar Məmmədyarov: “Pozitiv tonda danışmağa əsas yoxdur”
  • “Ermənistan tərəfi “nə bir qarış torpaq, nə bir addım geri” prinsipindən vaz keçməlidir”

“Həmsədrlər münaqişənin həlli prosesini ölü nöqtədən tərpətmək üçün səylər göstərirlər. Təəssüf ki, Ermənistana son səfərlərin nəticələri pozitiv tonda danışmağa əsas vermir”.

FOXnews.az-ın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə son səfərini şərh edərkən deyib. O bildirib ki, Ermənistan tərəfi “nə bir qarış torpaq, nə bir addım geri” prinsipindən vaz keçməlidir: “Status-kvo dəyişməlidir. Münaqişənin həll olunmaması hadisələri arzuolunmaz məcraya yönəldə bilər. Həll barədə təkliflər hamıya yaxşı məlumdur, onlar dəfələrlə müzakirə olunub. Azərbaycan əvvəlki mövqeyində qalır – həll prosesinin inkişafı üçün erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxması zəruridir”.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.