Prezident sərəncam imzalayıb
  • Azərbaycan Prezidenti pensiya təminatı sisteminin islahatı konsepsiyası layihəsinin hazırlanması haqqında Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı pensiya təminatı sisteminin islahatı konsepsiyası layihəsinin hazırlanması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında vətəndaşların sosial müdafiəsi sisteminin, xüsusən də pensiya təminatı sisteminin müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməsi məqsədi ilə Nazirlər Kabinetinə pensiya təminatı sisteminin islahatı Konsepsiyasının layihəsini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

(AzərTAc).

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.