Səməd Seyidova mükafat verdilər
  • Rumıniya diplomatiyasının 150 illiyi münasibətilə Rumıniyanın xarici işlər naziri Titus Corlatean Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidovu Rumıniya Xarici İşlər Nazirliyinin Şərəf Diplomu ilə mükafatlandırıb.

ADU-nun mətbuat xidmətindən verilən məlumata görə, Səməd Seyidov Rumıniyanın və ümumdünya dəyərlərinin inkişafındakı xidmətinə və bu sahədə verdiyi töhvəyə görə mükafatla təltif olunur.

Diplom dekabrın 4-də Rumıniyanını Milli Müstəqillik Günü münasibətilə təşkil olunacaq tədbirdə Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Cristian Ciobanu tərəfindən təqdim olunacaq.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.