Colidən pərəstişkarlarını üzəcək xəbər
  • Coli, verdiyi müsahibələrin birində apardığı sülh missiyasının kinoya nisbətən daha çox vaxt və səy tələb etdiyini söyləyib.

Buna baxmayaraq, BMT-nin xüsusi elçisi vəzifəsindən istefa vermək niyyətində deyil. Amma film kariyerası yaxın gələcəkdə bitə bilər: "Uşaqlarım böyüdükcə, çəkilişlərdən imtina etmək məcburiyyətində qalacağımı düşünürəm. Evdə lap çox işim olacaq.”

Ancelina Coli və Bred Pitin ən kiçik uşaqları olan əkizlər Vivienne və Knoks dörd yaşındadılar. Övladlığa götürülən böyük uşaqları Maddoks isə 11 yaşındadır. Cütlüyün 6 uşağından 3-ü "Malefisent”adlı filmdə iştirak edəcək. Bu filmdə Coli, pis cadugər rolunu oynayır. Vesti xəbər agentliyinə görə filmin premyerası 14 mart 2013 tarixində olacaq.
Coli son zamanlar çox az filmdə iştirak edib. Son hazırlığı, 2010-ci ildə ekranlara çıxan "Salt” filmində CIA agenti Evelin Salt obrazı olub.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.