Əhməd Davutoğlu: Hədəfimiz Suriyada qan tökmənin dayandırılmasıdır
  • Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu bildirib ki, Türkiyənin hədəfi Suriyadakı münaqişəyə son qoymaq və Suriya xalqının iradəsinin yerinə yetirilməsinə şərait yaratmaqdır.

Bu barədə Anadolu agentliyi xəbər verir.

Davutoğlu BMT-in Baş Katibi Pan Qi Mun ilə birgə mətbuat konfransında çıxış edərək bildirib ki, BMT və təşkilatın Təhlükəsizlik Şurasının lazımi mövqeyin tutmamasından Suriyadakı böhranın dərinləşməsinin qarşını almaq mümkün olmayıb.

Suriya üzrə mövqeyinə görə Pan Qi Muna təşşəkürünü bildirən nazir qeyd edib ki, BMT Baş Katibi cümə günü Türkiyənin İslahiye şəhərində Suriyalı qaçqınların məskunlaşdığı düşərgəyə baş çəkib.

"Suriyada siyasi problem kimi başlanmış böhran böyük humanitar problemə və vətəndaş müharibəsinə çevrildi", - o deyib.

"Baş Katib və biz Suriya məsələsini müzakirə etdik. Hədəfimiz Suriyadakı münaqişəyə son qoymaq və Suriya xalqının iradəsinin yerinə yetirilməsinə şərait yaratmaqdır. Pan Qi Mun bu istiqamətdə böyük iş görüb. O, Suriya böhranının bütün mərhələlərində səylərini əsirgəməyib. BMT Təhlükəsizlik Şurasının lazımi mövqeyin tutmamasından Suriyadakı böhranın dərinləşməsinin qarşını almaq mümkün olmayıb", - nazir deyib.

"Biz bu münaqişənin həlli naminə daima əlaqədəyik. Biz Pan Qi Mundan Suriya ilə bağlı hadisələr haqqında məlumat əldə etdik, və ona bu yaxınlarda təşkil olunmuş Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərindən sonra baş verən diplomatik hadisələr barədə məlumat vermişik", - Davutoğlu əlavə edib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.