Qorbaçova cinayət işi qaldırıla bilər
  • “Rusiya vətəndaşları Həmkarlar İttifaqı” Təhqiqat Komitəsinə müraciət edərək SSRİ-nin birinci prezidenti Qorbaçova qarşı cinayət işinin qaldırılmasını tələb ediblər.

M. Qorbaçov vətənə xəyanətdə ittiham edilir.

Qurum bütün Rusiya vətəndaşlarından bu məsələdə həmrəy olmağa çağırıb. Artıq Qorbaçova qarşı cinayət işinin qaldırılması ilə bağlı Moskvada “Qorbaçovu məhkəməyə ver” adlı silsiləvi aksiyalar start götürüb. Belə aksiyalardan üçü bu gün Moskvanın müxtəlif yerlərində keçirilib.

Xatırladaq ki, Mixail Qorbaçovun 1990-cı ilin 20 Yanvarında SSRİ-nin rəhbəri olan zaman Sovet qoşunları Bakıya soxularaq mülki sakinləri qətlə yetirmişdilər. Əli dinc vətəndaşların qanına batan şəxs Nobel Sülh mükafatı laureatıdır.

 

(anspress)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.