Rəqsanədən şok etiraflar
  • Azərbaycanın tanınmış müğənnilərindən olan Rəqsanə İsmayılova toylarda üzləşdiyi xoşagəlməz vəziyyətlərlə bağlı maraqlı etiraflar edib.

Müğənni toylarda başına gələnlərdən danışıb. erli telekanallardan birinə açıqlamasında o, bunları deyib.

"Toy sahibi qonorarımı ödəmək istəmirdi. Hətta bir neçə nəfərlə birlikdə mənə hücum da çəkmək istədi. Yaxşı ki, orada polis var idi və o, mənim qonorarımı almağıma kömək etdi.
Toylara açıq-saçıq geyimdə də gedirəm. Kişilər bir qədər içən kimi mənə pis sözlər atırlar. Onlar müğənninin qonaqlardan fərqlənməli olduğunu anlamırlar.

Qadınların, uşaqların mənimlə şəkil çəkdirməsini anlayıram. Amma kişilərin əl-qolunu açaraq məni qucaqlamağa çalışması əsəbimə toxunur. Belə kişilər ofisiantlar vasitəsilə üzərinə telefon nömrəsi yazılmış kağızlar göndərirlər. Amma mən bu təklifləri rədd edirəm. Bir dəfə belə təklifi qəbul etsən, daha çıxış edə bilməzsən: səni sadəcə biabır edəcəklər".

(day.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.