2011-in ən çox satılan musiqi albomları
  • “The Official Charts” şirkətinin hesabatına əsasən, 2011-ci ildə rok musiqisi albomlarının satışı son səkkiz ilin ən pis nəticəsini göstərib.

 

FOXnews.az-ın “BBC”-yə istinadən verdiyi xəbərə görə, keçən ilin ən çox satılan 10 albomundan 7-si pop janrında olub.

Bu albomlardan yalnız ikisi – Ed Şiranın “+”, “Coldplay”in “Mylo Xyloto” albomları rok janrında olub.

Ümumilikdə 2011-ci ildə satılan albomların yalnız 29.4%-i rok albomlar olub.

Bu 2003-cü ildən bəri ən pis nəticədir. Rok musiqidən fərqli olaraq, pop musiqisi albomlarının satışı getdikcə artmaqdadır. Keçən il satılan albomların 33.6%-i pop musiqisi albomlarıdır. Pop janrlı albomların satışının yüksəlməsi ən çox Adelenin “21″ albomu ilə bağlıdır. Onun “21″ albomu 21-ci əsrin ən çox satılan albomu olub.

Sizə 2011-ci ilin ən çox satılan albomlarını təqdim edirik :

1. Adele – 21
2. Michael Buble – Christmas
3. Bruno Mars – Doo-wops & Hooligans
4. Adele – 19
5. Coldplay – Mylo Xyloto
6. Rihanna – Loud
7. Lady Gaga – Born This Way
8. Jessie J – Who You Are
9. Ed Sheeran – +
10. Rihanna – Talk That Talk
11. Amy Winehouse – Lioness: Hidden Treasures
12. Olly Murs – In Case You Didn’t Know
13. Cee-Lo Green – The Lady Killer
14. Noel Gallagher – Noel Gallagher’s High Flying Birds
15. Take That – Progress

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.