Yeni Mercedes-Benz E Class (FOTO)
  • Yenidən dizayn olunan "Mercedes-Benz E-class"ın fotoları internetə sızıb. Yeni "Mercedes"in gələn ilin yanvar ayında nümayiş olunacağı gözlənilir.

Fotolarda görünür ki, yeni sedan və universal modellərdə olan "Mercedes"in xarici görkəminə yeni elementlər əlavə olunub. Yeni "Mercedes"in gələn ilin yanvar ayında Detroytda keçiriləcək avtosalonda nümayiş olunacağı gözlənilir.

Şəkillərdən də göründüyü kimi avtomobilin siması tamam dəyişdirilib. Sedan və hecbek modellər "dörd gözlülükdən" azad olunublar, əvəzində müasir blokfaralar qazanıblar. Bundan başqa, radiator torunun forması dairəvi edilib və bamperin forması dəyişdirilib.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.