Hacıbala Abutalıbov bağçada zəhərlənmiş uşaqlara baş çəkdi
  • Dekabrın 13-də 138 saylı uşaq bağçasında 11 uşağın qidadan zəhərlənməsi məsələsinə münasibət öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

BŞİH-nin tərkibində bağçalarla bağlı yaradılan komissiyadan verilən məlumata görə hələ ki baş vermiş hadisə ilə bağlı heç kim cəzalandırılmayıb.

“Bizdə belədir ki, bu gün nə yemək hazırlanırsa, ondan bir qədər götürülüb soyuducuya qoyulur və sabah saat 12-yə qədər saxlanılır. Zəhərlənmə baş verən günü də prokurorluqdan, laboratoriyadan gəlmişdilər, gəlib nümunələr götürüblər və bunun nəticələri birinci gün açıqlanacaq. Biz də cavabı gözləyirik. Cavab bilinəndən sonrakı zəhərlənmə nədən olub, ona uyğun addım atacağıq”.

Komissiyadan bildirilib ki, dünən bağçada olan 240 nəfərin hamısı eyni yeməkdən yeyib. 

“Sadəcə bu 11 nəfərin zəhərlənməsi müxtəlif səbəblərdən ola bilər. Məsələn, valideynlərdən biri deyir ki, uşağına həmin gün “çips” verib. Bu da səbəb ola bilər. Hər halda biz də nəticələri gözləyirik. Bu məsələ şəhərin icra başçısı Hacıbala Abutalubovun da diqqətindədir. Dünən gecə özü saat 12-yə kimi xəstəxanada olub, uşaqlar, valideynlərlə danışıb. Valideynlər tərəfindən də məsələ ilə bağlı heç bir şikayət olmayıb”.

Qeyd edək ki, bu gün səhər saatlarında səhhətləri normallaşan zəhərlənmiş uşaqlar 2 saylı uşaq xəstəxanasından evə buraxılıblar...

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.