Zamiqin yeni klipi (VİDEO)
  • Müğənni Zamiq Hüseynovun unudulmaz səsə malik Akif İslamzadənin repertuarından oxuduğu “Ötən günlərimi qaytaraydılar” mahnısına çəkdirdiyi klip hazırdır.

Rejissoru Anar Hüseynov olan ekran işində Zamiq rəqqas obrazını canlandırıb və klipdə müğənninin tərəf müqabili Veronika adlı xanımdır. Klipdə eşq hekayəsi yaşayan Zamiq ötən günlərinin xəyalını qurur.

Klip Azərbaycan Dövlət Opera və Balet Teatrında çəkilib və hadislər orada cərəyan edir.

Qeyd edək ki, Zamiqlə rəqqasənin imici üzərində çalışan və onların geyim tərzini müəyyən edən Elnur Həsənovdur. Modelyer Afa xanım və hər iki şəxsin saç düzümü Fuad Hacıyevə məxsusdur.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.