Dünya böyük təhlükəylə üz-üzə
  • Dünyanın ağciyərləri funksiyasını daşıyan Amazon meşələrindəki ağacların kəsilməsindən, ya da yanmasından dolayı karbondioksidin (CO2) artacağı aşkar edilib.

FOXnews-ın “Nature” jurnalına istinadən verdiyi xəbərə görə, ABŞ-ın “Woods Hole” tədqiqat mərkəzinin əməkdaşı Erik Davidsonun və digər elm adamlarının apardığı araşdırma nəticəsində Amazon bölgəsinin funksiyasını dəyişərək, karbon qazı bacalarına çevrilə biləcəyi bildirilib.

Tədqiqatçılar son 50 ildə Braziliyanın Amazon bölgəsində əhali sayının 6 milyondan 25 milyona çatdığını bildirib, əhalinin artmasıyla əlaqədar isə meşəlik ərazilərin sürətlə azaldığı vurğulanıb.

Amazon meşələri 100 milyard ton karbonu özündə cəmləşdirir, bu da dünyada 10 ildən də çox dövr ərzində sərf edilən yanacaq tullantılarındakı karbon qazı həcmindədir. Elm adamları Amazon meşələri kimi qədim meşlərin iqlim dəyişilikləri ilə mübarizədə açar rolu oynadığını, bu meşələrdəki ağacların təbii fotosintez prosesi ilə əlaqədar havadakı karbon qazını əmdiyini və bu ağaclar məhv edildiyi təqdirdə karbon qazının geri qayıtdığını bildiriblər.

İngiltərənin məşhur “Nature” jurnalında dərc edilən məqalədə elm adamları Amazon meşələrinin məhv olmaq təhlükəsiylə üz-üzə qaldığını bildiriblər.

Elm adamları bu təhlükəyə misal kimi “Takatins” və “Araguaia” çaylarının məcrasını götürdüyü Kerrado bölgəsində meşə ərazilərinin böyük əksəriyyətinin azalmasından dolayı hövzələrdə quraqlıq və su daşqınlarını göstəriblər.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.