Müsavat Partiyası Divanının toplantısı keçirilib
  • Müsavat Partiyası Divanının toplantısı keçirilib. Divanının toplantısında həbsdə olan Məclis üzvü Nigar Yaqublunun məhkəmə prosesinə dair məlumatlar dinlənilib.

Müsavat Partiyası Divanının toplantısı keçirilib.  FOXnews.az-ın APA-ya istinadən veridyi məlumata görə, müzakirələrdən öncə Müsavat Partiyasının Divan üzvü Qubad İbadoğlu Budapeşt səfəri ilə bağlı məlumat verib.

Daha sonra Müsavat Partiyasının həbsdə olan Məclis üzvü Nigar Yaqublunun məhkəmə prosesinə dair məlumatlar dinlənilib. Divan N.Yaqublunun məhkəmə prosesini diqqətdə saxlayacağını bir daha vurğulayıb.

Partiyadaxili məsələlərin müzakirəsi zamanı növbəti zona müşavirələrinin keçirilməsinə dair təkliflər müzakirə edilib. Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin yenidən toplanması və qurultayın keçirilməsi üçün imkanların dəyərləndirilməsinə ehtiyac olduğu bildirilib.

Divanda həmçinin partiyanın 2013-cü ilə dair fəaliyyət planının Müsavat Partiyasının Məclisinə təqdim olunması ilə bağlı qərar qəbul edilib. Bildirilib ki, sözügedən fəaliyyət planında əsas hədəf prezident seçkilərinə hazırlıq və bu müstəvidə ölkədə köklü demokratik dəyişikliklərə nail olmaqdır.

İctimai-siyasi duruma dair bölümdə İctimai Palatanın Koordinasiya Şurasında aparılan müzakirələr barədə məlumat verilib.

Divanda Avropa İnsan Haqları Məhkəməsinin 2003-cü ilin 16 oktyabr hadisələri zamanı həbs olunan insanların xeyrinə çıxardığı qərarlar, eləcə də Suriyada davam edən proseslər müzakirə olunub.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.