“Qiyamət günü”nə təyyarə bileti alan yoxdur
  • Mayya təqviminə görə, 21 dekabr – “Qiyamətin qopacağı gün”dür. “Qiyamət xəbəri” Türkiyədə hava nəqliyyatını iflic edib.

Şirkətlərin 21 dekabra olan biletləri satılmayıb. Buna görə də, biletlərin qiyməti aşağı salınıb. Xüsusi turizm şirkətinin rəhbəri Murat Ersoy bildirib ki, “Müştərilər biletləri bir gün öncə və bir gün sonrasına alır”.

21 dekabr günündə sərnişinlərin sadəcə Türkiyədə deyil, başqa ölkələrdə də sayının az olduğu bildirilir. Murat Ersoy qeyd edib ki, Avropa və Amerikada 21 dekabr günündə təyyarələrin boş qalacağı gözlənilir. Hətta 21 dekabrda əvvəldən bilet alanlar uçuşun vaxtının dəyişməsini tələb edirlər.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.