FOXnews.az-ın APA-ya istinadən veridyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, bununla bağlı müvafiq qurumlar uyğun tədbir görüb.
Misir Mərdanov bağçaların Təhsil Nazirliyinin tabeçiliyində olan dövrdə belə bir hadisənin baş verməsi faktını xatırlamadığını vurğulayıb.
Təhsil naziri təhsil müəssisələrində çips və qazlı içkilərin satışı ilə bağlı müvafiq qurumlar tərəfindən standartlar hazırlanmasından da danışıb. Onun sözlərinə görə, hazır olduqdan sonra standartların tətbiqinə başlanacaq.