Səməd Seyidov: “Kristofer Ştrasser Avropa Şurası demək deyil”
  • Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasına təqdim olunan məruzədə Azərbaycan hökumətinin ünvanına xeyli tənqidi məsələlər yer alıb”.

FOXnews.az-ın məlumata görə, bu açıqlamanı jurnalistlərə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov verib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi heç bir zaman tənqiddən qorxmur: “Bu tənqidlərə diqqətlə qulaq asırıq, əgər tənqid konstruktivdirsə və reallıqları əks etdirirsə, biz bu tənqidləri qəbul etməyə hazırıq. Biz beynəlxalq qurumlarda sözügedən tənqidlərdən istifadə edib Azərbaycana qarşı təzyiq olunmasının əleyhinəyik. Bu təzyiqin qarşısında tutarlı cavab verməyə hazırıq. Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin məruzəsini qeyd etmək istərdim. Bu məruzəni yalan və böhtanla dolu, reallığı əks etdirməyən, Azərbaycanın Avropa Şurasına inteqrasiyasına xidmət etməyən bir sənəd, bir cəhd kimi qiymətləndirirəm. Kristofer Ştrasser Avropa Şurası demək deyil. Belə təqdim etməyə çalışırlar ki, Kristofer Ştrasserin mövqeyi beynəlxalq təşkilatın mövqeyidir. Əsla belə deyil. Azərbaycanla AŞPA arasındakı münasibətləri heç vaxt bir şəxsin timsalında təhlil edilməməlidir. Bu münasibətlər normal, konstruktiv şəkildə inkişaf edir”.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.