QHT Əməkdaşlıq Alyansının rəhbərliyi ATƏT-in Bakı ofisində görüş keçirib (FOTO)
  • Görüşdə vətəndaş cəmiyyətinin problemləri və qarşılıqlı əməkdaşlıq mövzusunda müzakirə aparılıb.

 

Dekabrın 17-də QHT Əməkdaşlıq Alyansının həmsədri Yadigar Məmmədli, baş katibi Xanoğlan Əhmədov və ictimaiyyətlə əlaqələr katibi Mahirə Əmirhüseynova Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakı ofisində qurumun Demokratikləşmə şöbəsinin rəhbəri, cənab Nikolas Deç və  Məhkəmə-hüquq məsələləri üzrə mütəxəssisi, xanım Nataşa Raşiçlə görüşüb.

Görüşdə QHT Əməkdaşlıq Alyansının Azərbaycanda ictimai sektorun inkişafı ilə bağlı həyata keçirdiyi siyasətinin prioritetləri və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işlər barədə diplomatlara ətraflı məlumat verilib.

Alyans təmsilçiləri Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olduqlarını, eləcə də, ATƏT-in Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə də sıx əlaqələrin qurulmasının vətəndaş cəmiyyətinin inkişafına müsbət töhfə verəcəyini bildiriblər.

Diplomatlar – cənab N.Deç və xanım N.Raşiç QHT Əməkdaşlıq Alyansının fəaliyyətini müsbət dəyərləndirdiklərini qeyd edərək, təmsil etdikləri qurumun QHT-lərin proqram və layihələrinə maliyyə dəstəyi verdiyini və Alyansla da əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayıblar.

QHT Əməkdaşlıq Alyansının Mətbuat xidməti

Jalə Suleymanqızı (FOXnews.az)

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.