Zeynəb Xanlarovanın oğluna verilən yeni vəzifə dəqiqləşdi
  • Millət vəkili Zeynəb Xanlarovanın prokurorluq orqanlarından kənarlaşdırılan oğlu Ramil Babayevin yeni vəzifəsi dəqiqləşdirilib.

Qeyd edək ki, mediada R.Babayevin də  vəzifəyə təyin olunduğu bildirilsə də, onun təzə işinin konkret nədən ibarət olacağı açıqlanmayıb. 

Araşdırmalar nəticəsində məlum olub ki, Ramil Babayev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Məlumatı əməkdaşımızla söhbətdə Standartlaşdırma Meterologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı da təsdiqləyib. F.Talıblı bildirib ki, Ramil Babayev komitə sədri Ramiz Həsənovun müvafiq əmri ilə həmin vəzifəyə təyin olunub. 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti ölkə prezidentinin bu il aprelin 4-də imzaladdığı fərman əsasında yaradılıb. Dövlət Akkreditasiya Xidməti aparatının işçilərinin sayı 22 nəfər müəyyən edilib.

Qeyd edək ki, Ramil Babayev əvvəllər prokurorluq orqanlarında müstəntiq vəzifəsində çalışıb.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.