Nemət Pənahlı aclıq aksiyasına başlayıb
  • “Nemət Pənahlı aclıq aksiyasına başlayıb”. Bunu İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov illik hesabatla bağlı mətbuat konfransı zamanı deyib.

Komitə sədrinin sözlərinə görə,  Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı ona bu haqda müraciət edib.

“Həcər xanım bildirdi ki, Nemət Pənahlı aclıq aksiyasına başlayıb və qeyd edib ki, mənimlə görüşməsə, aclıq aksiyasını davam etdirəcək”.

Qeyd edək ki, 2011-ci il iyunun 17-də Nəsimi rayon Məhkəməsi Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlını 6 il müddətinə azadlıqdan məhrum edib.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.