Razi Nurullayev Niderland səfiri ilə görüşüb
  • “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri Razi Nurullayev Niderlandın ölkəmizdəki səfiri Arjen Uijterlinde ilə görüşüb.

Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, vətəndaş cəmiyyətinin hazırkı durumu və qarşıda duran problemlər ətrafında fikir mübadiləsi aparılıb. Razi Nurullayev səfirə Azərbaycanın Avropaya inteqrasiyası, bu yolda ölkənin önündə dayanan çətinliklər və regionda mövcud olan hazırkı  geopolitik vəziyyət haqqında ətraflı məlumat verib. O qeyd edib ki, belə bir məqamda  Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzlərinin üzərinə cidid vəzifələr düşür.

2013-cü il prezident seçkiləri də müzakirə mövzusu olub. Əsasən, hazırkı durum, seçkilərdə iştirak və vətəndaş cəmiyyətinin görə biləcəyi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə tərəfləri maraqlandıran digər məslələr də müzakirə edilib.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.