Siyavuş Novruzov Gülər Əhmədovanın həbsinə münasibət bildirib
  • Siyavuş Novruzov sabiq millət vəkili Gülər Əhmədovanın həbs olunması barədə yayılan məlumatlara münasibət bildirib.

 

YAP-çı deputat açıqlamasında deyib ki, hüquq-mühafizə orqanları bununla bağlı cinayət işi qaldırıb və istintaq araşdırmaları aparılır.

Onun sözlərinə görə, bu araşdırmalar başa çatandan sonra yəqin ki, müvafiq addımlar atılacaq: “Hələlik, bu barədə məlumatım yoxdur. Amma istənilən halda rüşvətalma və vermə halları Azərbaycan Cinayət Məcəlləsində qadağan olunub. Həm rüşvət verən, həm də rüşvət alan şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır.

O cümlədən də dövlət və hakimiyyət orqanlarına qanunsuz yolla seçilmək istəyən, buna şərait yaradan istənilən şəxs qanun qarşısında cavab verməlidir. Əgər istintaq orqanları tərəfindən aparılan araşdırmanın nəticəsi sübut olunacaqsa, o zaman həm Gülər Əhmədova, həm də Elşad Abdullayev cinayət məsuliyyətinə cəlb olunmalıdır. Harada yaşamalarından asılı olmayaraq, günahkar şəxslər qanun qarşısında cavab verməlidirlər”.

Jalə Suleymanqızı

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.