Bu barədə onun vəkilləri Zviad Kordzadze və Mamuka Çabaşvili jurnalistlərə məlumat verib. Vəkillərin deyiblər ki, Okruaşvilinin işinə görə həbsdə olunanlar isə artıq bir neçə gündür ki, aclığa başlayıblar. Sabiq nazir onlarla həmrəylik nümayiş etdirmək üçün aclığa qərar verib. İrakli Okruaşvili həmçinin ona yaxın olduqlarına görə həbsə atılmış şəxslərin də Gürcüstan parlamenti tərəfindən siyasi məhbus siyahısına daxil edilməsi tələbi ilə çıxış edib.
Qeyd olunur ki, İrakli Okruaşvili müxalif “Gürcü partiyası”nın liderlərindən biridir. 2012-ci ilin noyabrında Gürcüstan sərhədindən içəri daxil olan kimi həbs olunub. Əvvəllər isə o, Fransada yaşayıb, orada siyasi mühacir statusu alıb.
2008-ci ilin martında Tiflis məhkəməsi qiyabi olaraq onun haqqında 11 il azadlıqdan mərhumetmə qərarıçıxarıb. Xatırladaq ki, o, qeyri-qanuni silahlı birləşmələr yaratmaqda, dələduzluq etməkdə və səlahiyyət həddini aşmaqda da ittiham olunub.